Bank Of Baku

Lənkəranda partlayış: Ata-ana və 3 uşaq ağır yaralandı

# 11:18
11 dekabr 2014

Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə şəhər sakini Zərdiyev İsmayıl Nağdalı oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğına keçən partlayış nəticəsində ev sahibinin özü, həyat yoldaşı Elnarə Zərdiyeva, övladları Aytac, Kənan və Nərmin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.

 

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb. Faktla bağlı araşdırma aparılır. 

  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR