Bank Of Baku

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

# 13:43
11 dekabr 2014

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Ziyarətçilər arasında baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, baş nazirin müavini, YAP-ın sədr müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Heydər Əliyevin məzarı üstünə əklil və gül çiçəklər düzülüb. Ziyarətçilər daha sonra Zərifə Əliyevanın qəbrini ziyarət edib, gül dəstələri qoyublar. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR