15 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs edildi
Balakəndə 15 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs edilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Şərif kənd sakini, 1988-ci il təvəllüdlü Hicran Nəriman qızı Bağmanova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə RPŞ-ə müraciət edib. Aparılmış tədbirlər nəticəsində evdən qızıl-zinət əşyalarını onun həmkəndliləri 1994-cü il təvəllüdlü Mahama Əli oğlu Qoqayev və 1974-cü il təvəllüdlü Nəriman Ramazan oğlu Mağlıyev tərəfindən oğurlanması müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mahama Qoqayev və Nəriman Mağlıyev saxlanılıblar. Nəriman Mağlıyevin yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron, 97 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və hadisə zamanı oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar edilərək götürülüb. Həbs edilənlərdən Nəriman Mağlıyev 1994-cü ildə CM-nin bir neçə ağır maddələri və 1993/94-cü illərdə Balakəndə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün təqsirli bilinərək 15 il müddətinə məhkumluq həyatı yaşayıb. Saxlanılan Mahama Qoqayev oğurluğu necə etdiklərini danışıb: "Axşam üstü fermadan gələndə Nərimanla rastlaşdım. Dedi ki, belə bir iş var, nə götürsək, mənə də verəcək. İstəmədim, məni öldürməklə hədələdi. Məcbur olub, onunla getdim".
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib