Ukrayna bir neçə hava limanlarına uçuşları qadağan etdi
Ukrayna Dövlət Aviasiya Xidməti şənbə günü, gecə yarısından Xarkov, Dnepropetrovsk və Zaporojye aeroportlarında təyyarələrin enməsini qadağan edib.
APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Xidmətin rəisi Denis Antonyuk bəyan edib.
Onun sözlərinə görə, qadağa təhlükəsizlik baxımından qoyulub. Denis Antonyuk həmçinin qeyd edib ki, qadağanın müddəti müəyyən edilməyib və uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib