ARDNŞ-in içşisi dənizdə boğulub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisi bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın məlumatına görə, hadisə şirkətin tabeliyində olan "Neftqazçıxarma" trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, son vaxtlarda neft şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib