Bakıda İran vətəndaşı yanacaq daşıyan maşınla qəza törətdi
Bakıda İran İslam Respublikasının vətəndaşı qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. İran vətəndaşı İslam Edib idarə etdiyi "Scania" markalı yük maşını ilə qəza törədib. Yanacaqla dolu yük maşını yoxuşu qalxa bilməyib və nəticədə əvvəlcə Telman Cəfərovun idarə etdiyi "Volkswagen" markalı mikro avtobusa, daha sonra isə Mehman Həsənovun idarə etdiyi "Chevrolet"ə çırpılıb.
Aşmaq təhlükəsi ilə üzləşən yük maşını elektrik yarımstansiyasının hasarına çırpıldıqdan sonra dura bilib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib