Bakıda öldürdüyü oğlanı soyuducuda torpağa basdıran şəxs tutuldu
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmyerlisini öldürərək Ramana qəsəbəsindəki həyətlərdən birində torpağa basdıran Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Səmədov saxlanılıb. H. Səmədov ilkin ifadəsində həmyerlisi, Əli Seyidovu borca görə öldürdüyünü, meyitini isə soyuducuya qoyaraq yaxınlıqdakı həyətlərdən birində basdırdığını etiraf edib.
Qeyd edək ki, ötən gün Ramana qəsəbəsi Şuşa şəhərciyindəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı qətlə yetirilən şəxsin polisdə itkin düşmüş şəxs kimi axtarışda olan, Masallı rayon sakini 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidov olması müəyyən edilib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib