Yasamalda qəza: maşın qəzet köşkünə çırpıldı
Ötən gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Zivər bəy Əhmədbəyli küçəsində qeydə alınıb. "Volkswagen"in sürücüsü Nadir Fərəcov qarşısına maneə çıxması səbəbindən idarəetməni itirib. Nəticədə o, maşını yol kənarında dayanmış Yaqub Nağıyevə məxsus "VAZ 2107"-ə çırpıb.
Zərbənin təsirindən avtomobil yoldan çıxaraq qəzet köşkünə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib