Bakıda rəfiqəsini öldürən qadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesə baxış vaxtı dekabrın 25-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 18-də Nəsimi rayonunda baş verib. Nailə Apayeva rəfiqəsi Lalə Vəliyevanı münaqişə zəminində küt alətlə qətlə yetirib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib