Bakı Fond Birjası dollar-rubl əməliyyatlarını məhdudlaşdırdı
Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb. BFB-dan “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.
Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.
Məlumatda qeyd edilib ki, BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı əlavə olaraq açıqlama veriləcək.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib