Şəkidə Prezident Kuboku uğrunda çövkən yarışları başlayıb
Şəkidə Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunlarının açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən yarışlar Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilir. Prezident Kuboku uğrunda sayca 9-cu olan yarışda 13 rayon üzrə və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Yarışlar dekabrın 22-də başa çatacaq.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib