Avstraliyada bir evdə qətlə yetirilmiş 8 uşağın meyiti tapılıb
Avstraliyanın Kerns şəhərindəki evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Mürrey strit küşəsində yerləşən evdə öldürülənlərin hamısı soyuq silahla qətlə yetirilib. ABC telekanalı öldürülən uşaqların 1,5 – 15 yaşlarında olduğunu bildirib. Qətlə yetirilən uşaqların bacı-qardaş olduğu qeyd olunub. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı qadın aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.
Polis hadisə yerinə yaralı qadının zəngi əsasında saat 04.20-də cəlb olunub. Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib