Lənkəranda zəncirvari qəza: 1 yaralı
Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran-Lerik şosesinin 1-ci kilometrliyində qeydə alınıb. Lənkəran rayon sakini Tural Cəfərovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili onun həmyerliləri İlqar İsmayılovun idarə etdiyi “VAZ-21015” və Emil Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri ilə toqquşub. Güclü zərbə nəticəsində hər 3 avtomaşına ciddi ziyan dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 31 yaşlı Tural Cəfərov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti orta-ağırdır.
İlkin versiya kimi hadisənin “VAZ-21011” markalı avtomobilin “Mercedes”in yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib