Ermənistanda etiraz aksiyaları başlayıb
Ermənistanda milli pul vahidi dramın dəyərsizləşməsi və bahalaşmaya qarşı etiraz aksiyaları başlayıb. APA TV-nin xəbərinə görə, bu gün xeyli insan paytaxtda hökumət binasının qarşısına toplaşıb. Narazı insanlar 6 tələb irəli sürərək hökumətin ayın 23-nə qədər bu tələbləri yerinə yetirməsini istəyiblər və əks halda, oliqarxların super-marketlərindən alış-veriş etməyəcəklərini bildiriblər.
Aksiya iştirakçıları zəruri istehlak mallarının və xidmətlərin qiymətlərinin böhrandan əvvəlki həddə endirilməsini, qazdoldurma stansiyalarında qazın qiymətinin aşağı salınmasını, vətəndaşların dollarla olan kredit borclarının yenidən hesablanmasını, bütün inhisarların aradan qaldırılaraq bazarın liberallaşdırılmasını tələb ediblər. Aksiyanın təşəbbüskarları bəyan ediblər ki, bu tələblər yerinə yetirilməsə, ölkədə sosial partlayış baş verəcək.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib