MSK sədri: "1000 seçki məntəqəsinə veb-kamera quraşdırılıb"
"Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə bələdiyyə seçkilərində bəzi seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçki məcəlləsinin tələbinə uyğun olaraq, veb-kameralar elə yerə quraşdırılıb ki, səsvermə kabinələri istisna olmaqla seçki məntəqəsinin hər yerindəki bütün prosesi izləmək mümkün olsun".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib: "Bütün dünyanın istənilən nöqtəsindən Azərbaycanda keçirilən bələdiyyə seçkiləri zamanı 5000 məntəqənin 20 faizində, yəni 1000 məntəqədə seçkiləri müşahidə etmək mümkün olacaq. Eyni zamanda MSK -da və DSK da akkreditasiyadan keçməmiş müşahidəçilər belə seçkiləri onlayn izləyə biləcəklər".
Kameraların quraşdırılması və onun işlənməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirəcək: "Bütün seçkilərin avtomatlaşdırma sistemi artıq dekabrın 23-ü tarixinə hazırdır. Kameralar həmçinin kameralarla məntəqələr arasında optik şəbəkə sistemi tamamilə yoxlanılıb. Məntəqələrdə və dairələrdə telefon və internet sistemi də yenilənib . Həmin gün xüsusiləşdirlmiş poçt sistemi də işləyəcək. Sistemin kiber təhlükəsizliyinə təminat sistemi də artıq yaradılıb".
Bu gün MSK-da dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçki məntəqələrində “veb-kamera”ların quraşdırılması ilə bağlı görüş keçirilib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib