Bakıda iki nəfər dəm qazından boğulub
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Bülbülə qəsəbəsində kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Sabir oğlu dəm qazından boğulub. O, yaşadığı evin həyətindəki hamamda qazdan zəhərlənib və hadisə yerində keçinib.
Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Dekabrın 22-nə keçən gecə Lökbatan qəsəbə, 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Amil Qazıbek oğlu hamam otağında dəm qazından boğulub. 24 yaşlı oğlanın meyiti yaxınları tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib