Xaçmazda zəncirvari qəza olub
Xaçmazda zəncirvari qəza baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomaşın öncə “VAZ 2107”-ə, daha sonra isə “VAZ 21015”ə çırpılıb. Qəza nəticəsində “BMW”-də olan sərnişin, 1989-cu il təvəllüdlü Həsənova Arzu Əliqiyam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən A.Həsənovanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib