Saat 15.00-dək 1563357 nəfər səsvermədə iştirak edib
Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 15:00-da seçici fəallığı 32.44 faiz təşkil edib. APA TV-nin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib. Onun sözlərinə görə, bu müddətə kimi 4 milyon 819 min 382 seçicidən 1 milyon 563 min 357 nəfər səs verib: "Ən yüksək seçici fəallığı 52 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə Gəncə şəhərindəki 4 seçki dairəsində və 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb".
Gün ərzində MSK-ya 80-dan çox müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib