Sabunçuda 57 yaşlı qadını maşın vurdu
Ötən gecə Sabunçuda "Mercedes" yolu keçmək istəyən qadını vurub. APA TV-nin məlumatına görə, hadisə Şəhər şosesi, 5-ci döngədə baş verib. Şəhər istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyada 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyətinin ağır olaraq qalır.
SİNX həkim
Xəstəxanada olan sürücü Rəşad Bəhramov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib