Salyanda "KamAZ" qoyun sürüsünü əzdi
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində çoxlu sayda xırdabuynuzlu heyvan tələf olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən axşam Ələt-Astara magistral yolunun 77-ci kilometrliyində, Salyan rayonunun Dayıkənd kəndi ərazisində qeydə alınıb. Qaradağ rayonunun Qobustan qəsəbəsinin sakini Rəcəb Nəbiyevin idarə etdiyi "KamAZ" markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən örüşdən qayıdan qoyun sürüsünü vurub. Nəticədə Dayıkənd sakini Elxan Bəşirova məxsus 12 baş qoyun tələf olub, 2-si isə yaralanıb. Təqribi hesablamalara görə, mal-qara sahibinə 3 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib