BMT: Ukraynada ölənlərin sayı 4771 nəfərə çatıb
Ukraynanın şərqində silahlı münaqişə nəticəsində 4771 nəfər həlak olub. APA TV-nin məlumatına görə, bu haqda BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.
“Bu il Ukraynada münaqişə vaxtı 4 771 nəfər ölüb. Bura Malayziya təyyarəsində həlak olmuş 298 sərnişin də daxildir. Yaralıların sayı isə 10 360 nəfərdir”, - deyə hesabatda bildirilir.
BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq, pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib