İki “VAZ 2106” toqquşdu: 2 yaralı
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, qəza Xaçmaz-Quba yolunun 17-ci km-də qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində hər iki maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücülər - 23 yaşlı Vəliməmmədov Şahin David oğlu və Quba rayon sakini, 44 yaşlı Xudadiyev Bahadur Seyfəl oğlu xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin versiyaya görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib