Bank Of Baku

Metroda canlı bomba təşvişi

# 10:24
3 yanvar 2015

İspaniyanın paytaxtı Madriddə metroda canlı bomba təhdidi təşvişə səbəb olub. APA TV-nin məlumatına görə, Madriddə qorxulu anların yaşanmasına səbəb olan hadisə, bir sərnişinin canlı bomba olduğunu söyləməsi ilə başlayıb. Naməlum şəxs üzərindəki bombaları partladacağını deyərək sərnişinləri hədələyib. Bu zaman sərnişinlərdən biri cəld davranaraq təcili yardım əyləcini çəkərək metronu saxlayıb. Polis tərəfindən yaxalanan şübhəlinin üzərindən bomba tapılmayıb.

 

Hadisə metronun qrafikində ləngimələrə səbəb olub. 
 

Qeyd edək ki, bu stansiyada 2004-cü ildə baş verən terror hadisəsində 191 nəfər həyatını itirib. 
 

Fərahim Qasımov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR