Sabirabadda yanğın: 12 nəfərlik ailə evsiz qaldı
Sabirabad rayonunda 4 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğın hadisəsi Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 73 yaşlı Qasımxan Nəzərova məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bundan xəbər tutan ailə üzvləri yanğından son anda xilas ola biliblər. 12 nəfərdən ibarət 3 ailənin yaşadığı evdə başlanan yanğının əhatə dairəsi daha da genişlənib. Yanğını söndürməyin mümkünsüz olduğunu görən ev sahibi dərhal Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə hissəsinə məlumat verib. Məlimat daxil olan kimi dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Alovla 2 saaata yaxın mübarizə nəticəsində yanğınsöndürənlər yanğını söndürərək digər tikililərə keçməsinin qarşısını ala biliblər. Buna baxmayaraq, 160 kvadratmetr sahəsi olan 4 otaqlı, 1 aynabəndli fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib