Neft ucuzlaşmaqda davam edir
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. “APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib. London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib. Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb. Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq, istehsalın artırılmasıdır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib