Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi güclənəcək. Covğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.
Azərbaycanın bölgələrində də hava şəraitinin yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağışntının arabir intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib