Göyçayda qar fəsadlar törədib
İki gündür ki, Göyçay rayonuna yağan qar fəsadlara səbəb olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, qar bəzi kəndlərdə tövlələrin və yardımçı tikililərin, eləcə də köhnə evlərin dam örtüyünə, elektrik naqillərinə ziyan vurub. Naqillərin qırılması müəyyən yerlərdə elektrik verilişinin dayanmasına səbəb olub və qısa fasilədən sonra enerji bərpa edilib. Qardan ziyan çəkənlərdən biri də rayonun Qarayazı kənd sakini Dilavər Əmirovdur. Onun fərdi təsərrüfatındakı 30 metr uzunluğu olan mal-qara tövləsi qarın ağırlığına tab gətirə bilməyərək dağılıb. Hadisə zamanı tövlədəki mal-qaraya ziyan dəyməyib.
Qeyd edək ki, Göyçay rayonuna dünəndən başlayan qar hələ də yağır. Avtomobil yollarına 5 santimetr hündürlüyündə qar düşüb. Yol idarəsinin işçiləri tərəfindən qarın təmizlənməsi üçün duz və qum səpilməsi işləri görülüb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib