Neft ucuzlaşmaqda davam edir
Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-York əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin qiyməti $0,43, yəni 0,88% azalaraq 48,36 dollar olub.
Həftəlik nəticəyə görə, neftin qiyməti 8,2 faiz azalıb. Qiymətin azalması artıq 7-ci həftədir ki, davam edir.
APA TV-nin xəbərinə görə, eksperlər hesab edir ki, neftin qiymətini stabilləşdirmək üçün hasilatı dərhal azaltmaq lazımdır. Onlar "qara qızıl"ın qiymətinin hələ bir müddətə azalacağını istisna etmirlər.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib