Ermənistanda eyni ailənin 6 üzvü güllələnib
Ermənistanın Gümrü şəhərində səhər bir ailənin 6ı üzvü güllələnib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. APA TV-nin "Novosti Armeniya" Agentliyinə istinadən xəbərinə görə, hadisə Myasnikyan küçəsindəki evdə baş verib. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.
Dəhşətli hadisənin bəzi məqamları açıqlanıb. Güllələnərək qətlə yetirilənlərin bir ailənin üzvü olduğu müəyyən edilib. Öldürülənlən ər, arvad, onların oğlu və gəlini, azyaşlı nəvəsi olub. İlkin məlumata görə, cinayətdə 102-ci Rusiya hərbi bazasının əsgəri şübhəli bilinir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib