Bank Of Baku

Bakı metrosunda kütləvi dava: Metropolitenə ziyan dəyib

# 14:33
13 yanvar 2015

Bakı Mertopoliteninin Elmlər Akademiyası stansiyasında gənclər arasında kütləvi dava olub. Eskalatorda mübahisə edən gənclərin söz davası daha sonra əlbəyaxaya çevrilib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin  APA TV-yə verdiyi xəbərə görə, hadisə zamanı metronun əmlakına maddi ziyan dəyib. Dava eskalatorda baş verdiyindən buradakı 2-3 plofon sındırılıb. Təxminən 13:21 radələrində eskalatorun fəaliyyəti dayandırılıb, 13:32 də isə bərpa edilib.

 

Qeyd edək ki, dava baş verən zaman insan axınının qarşısının alınması üçün stansiyanın giriş-çıxışı bağlanıb.

 

Faktla bağlı araşdırma aparılır.    

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR