"Bakı-2015"-in mədəniyyət elçiləri müəyyənləşdi
"Bakı-2015" Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq Azərbaycan 13 mədəniyyət nümayəndəsinin adları açıqlanıb. Seçilmiş ulduzlar oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin "Bakı-2015"-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər. APA TV-nin xəbərinə görə, elçilər müğənnilər Tünzalə Ağayeva, Röya, Eldar Qasımov və Nigar Camal, Miri Yusif, aktyorlar Bəhram Bağırzadə, Rəfael İsgəndərov-Coşqun Rəhimov, Tahir və Cabir İmanovlar və musiqiçi "DJ Shock"dur. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsənli də bu sıradadır.
Ulduz elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajları "Bakı-2015" Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
Qeyd edək ki, "Bakı-2015" ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü, 4-ü qeyri-olimpiya idman növüdür. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı 17 gün ərzində Azərbaycanda olacaq.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib