Neft ucuzlaşmaqda davam edir
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,29 dollar artaraq 1 barelə görə 46,54 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar bahalaşaraq 48,56 dollar olub.
Qeyd edək ki, dünən neftin qiyməti 50 dollarlıq psixoloji həddi keçib. Bu gün isə həm Brent markalı neft, həm də Texas neftinin qiyməti bu həddən aşağı düşüb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib