Fransada həyəcan: Paris yaxınlığında 3 nəfər girov götürülüb
Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb. APA-nın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.
Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.
Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib