Bank Of Baku

Azərbaycanda bir qrup müəllimin əməkhaqqı 2 dəfə artırıldı

# 18:02
16 yanvar 2015

Azərbaycan prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

 

APA TV-nin xəbərinə görə, sərəncamda bildirilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

 

Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR