Şamaxı sakini külli miqdarda saxta pulla tutulub
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Nərimanov rayonu ərazisindəki parkda 4 min ABŞ dollarına satarkən tutulub. APA TV-nin xəbərinə görə, Mehman Qafarov saxta pulları Çeçenistandan olan bir nəfərdən aldığını deyib: "Çeçendən 20 min saxta dollar götürüb, Nərimanov rayonunda dəyişəcəkdim. 20 minə 20 faizlə. Pulu dəyişdirdiyim yerdə yaxalandıq. Həmin pulun müqabilində o şəxslərə hörmət edəcəkdim".
Onun üzərinə baxış zamanı ondan əlavə olaraq 18 ədəd saxta 100 dollarlıq əskinas da aşkar edilərək götürülüb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib