Bakıda 3 yaşlı qızın əli ətçəkən maşında qaldı
Bu gecə paytaxtda 3 yaşlı qız ailə üzvlərinə həyəcanlı anlar yaşadıb. APA TV-nin məlumatına görə ,o, sağ əlini ehtiyatsızlıq ucbatından az qala itirməli olacaqmış. Hadisə İnşaatçılar prospekti 20 a, mənzil 103-də qeydə alınıb. Anasından xəbərsiz elektrik ətçəkən maşını işə salan 3 yaşlı Rüqayyə Seyidzadənin sağ əlini maşın əzib. Körpənin əlini ətçəkən maşından çıxara bilməyən ailə üzvləri onu Elmi-Tədqiqat Travmatologiya İnstitutuna çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində uşağın əli ət maşınından çətinliklə də olsa çıxarılıb. Balaca qıza sağ əlin bütün barmaqlarının əzilmiş, didilmiş yarası, əsas falanqaların səviyyəsinə qədər 1-ci və 4 cü barmaqların natamam amputasiya diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda qızcığazın vəziyyəti kafi olaraq qalır.
Qeyd edək ki, belə bir hadisə 2 gün bundan əvvəl Ağcabədi rayonundan paytaxta qonaq gələn 3 yaşlı Ballı Məmmədlinin başına gəlib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib