Göyçay rayon prokurorunun köməkçisi "Mercedes"də yanaraq ölüb - YENİLƏNİB
Ucar rayonunda ağır yol qəzası baş verib. Ucar Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. 99-DY-262 dövlət nömrə nişanlı, ağırtonnajlı beton qarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb. Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayonunun Yanğından Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, minik maşınında iki nəfər yanaraq ölüb. Baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub. Ölənlərdən biri Göyçay rayon prokurorunun köməkçisi Emin Natiq oğlu Qurbanov, digəri isə Ehtiram Salahovdur. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib