Bank Of Baku

Kəlbəcərdə Ermənistan ordusunun mayoru ölüb, 2 zabit yaralanıb

# 12:53
19 yanvar 2015

Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri işğal olunmuş Azərbaycan ərazisində qəzaya düşüblər. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 17-də Kəlbəcər rayonunda baş verib. Ermənistan hərbçilərinin olduğu "Nissan" markalı avtomobilin yoldan çıxaraq, dərəyə yuvarlanması nəticəsində mayor Artur Vardevanyan ölüb, iki zabit - mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə ağır xəsarətlərlə hospitala yerləşdiriliblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR