Millimizin sabiq məşqçisi xəstəxanaya düşdü
Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub. APA TV-nin məlumatına görə, onun ürəyinə süni klapan qoyulub.
Əməliyyatın keçirilməsi əvvəlcədən planlaşdırılıb və hazırda 68 yaşlı mütəxəssis intensiv terapiya şöbəsindədir. Foqtsun bir neçə gündən sonra xəstəxanadan buraxılacağı gözlənilir.
Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib.
"İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək klapanı lazımdır. Əməliyyata hazır idim"- deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib