Cəbhədə daha bir erməni hərbçi məhv edildi
Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. 1980-cı il təvəllüdlü Arman Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş. Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə 9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib