Kral Abdullahın dəfninə qatılacaq Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb
Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər. Dəfn mərasimi bu gün keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq