İŞİD daxilində qarşıdurma: 23 terrorçu öldürüldü
İŞİD terrorçuları arasında silahlı qarşıdurma yaranıb, 23 terrorçu öldürülüb. APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, hadisə Mosul su anbarı yaxınlığında baş verib. Peşmərgənin hücumundan sonra İŞİD terrorçuları təşkilatın məğlubiyyətinə sevinməkdə günahlandırdıqları çoxlu sayda qrup üzvünü həbs ediblər. Bundan sonra əsasən də təşkilatın Nəqşibəndi qrupları arasında qarşıdurma yaranıb, nəticədə 23 terrorçu öldürülüb.
Qeyd edək ki, ABŞ rəhbərliyi ilə koalisiya qüvvələri İraq torpaqlarında İŞİD-in mövqelərini bombalayır. Quruda isə İraq və peşmərgə qüvvələri işğal olunmuş əraziləri terrorçulardan qurtarmağa çalışır. Ancaq hələlik ciddi uğur qazanılmayıb.
DİGƏR XƏBƏRLƏR
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq