Bank Of Baku

Balakən sakininin evindən külli miqdarda narkotik tapılıb

# 16:52
26 yanvar 2015

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən xəbərə görə,  Sarıbulaq kənd sakini, 33 yaşlı Zaur Barxalovun yaşadığı evdə narkotik vasitə olan marixuana əkib-becərərək saxladığı haqqında məlumat daxil olub.

 

Balakən RPŞ-nin müstəntiqi Vüqar Emçiyev deyib ki, Zaur Barxalovun yaşadığı evdən küllü miqdarda hesab edilən 722,46 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Balakən RPŞ-nin əməkdaşlarının son iki gündə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR