Bank Of Baku

Bakı Metropolitenin işçisi arvadının başını kəsib

# 18:02
26 yanvar 2015

Bakıda qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi, 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

 

Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.

 

Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR