Mozambikdə 117 nəfər daşqınların qurbanı olub
Mozambikdə daşqınlar nəticəsində ölənlərin sayı 117-yə çatıb. APA TV-nin məlumatına görə, ötən ilin dekabrından bəri 157 mindən çox insan ölkədə tüğyan edən daşqınlardan zərər çəkib. Təbii fəlakətlə bağlı ölkədə 41 yardım mərkəzi fəaliyyət göstərir. Xilasedici tədbirlər yollar və körpülərin dağılması ucbatından çətinləşir. Yanvarın 11-dən ölkədə fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, 2013-cü ildə Mozambikdə 100-dən çox insan daşqınların qurbanı olmuşdu, 250 min sakin isə təbii fəlakət zonasını tərk etməyə məcbur olmuşdu.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq