Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücüləri cəzalandırıldı
Sükan arxasında çay içən, vahid geyim qaydasına əməl etməyən, sənədsiz maşın sürən və nəqliyyat vasitəsini çirkli saxlayan sürücülər...
APA TV-nin xəbərinə görə, bu hallara Gəncədə avtobus sürücülərinə qarşı keçirilən reyddə rast gəlinib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC-nin birgə həyata keçirdiyi reyd müxtəlif qayda pozuntularına qarşı mübarizə aparmaq məqsədi daşıyıb.
Nəqliyyat müfəttişləri bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edib. 10 sürücüyə cərimə protokolu tərtib olunub, 5 avtobus isə xətdən çıxarılıb. Bəzi sürücülər iradlarla razılaşmasa da, qayda pozanlara qarşı müvafiq tədbirlər görülüb. Reydlər davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq