Kürdəmirdə yük maşını piyadanın üstündən keçib
Kürdəmirdə yük maşını piyadanın üstündən keçib. APA TV-nin xəbərinə görə, hadisə səhər saatlarında rayonun Cəyli kəndində qeydə alınıb. Yaxınlıqda qoyun otaran kənd sakini, 45 yaşlı Arif Ağarəziyev yolu keçmək istəyərkən Kürdəmir rayon sakini İldırım Hüseynovun idarə etdiyi “Shacman” markalı yük maşını tərəfindən vurulub. Nəticədə çobanın sağ ayağı “Shacman”ın təkəri altında qaldığından güclü zədə alıb. Arif Ağarəziyev Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq