Binəqədidə “Toyota” yanacaqdoldurma məntəqəsinə girdi
Gecə saatlarında paytaxtın Binəqədi rayonu Azadlıq prospektində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, sürücü Mehriban Əmirəlizadə idarə etdiyi "Toyota" markalı avtomobillə adıçəkilən prospektdə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə xanım sürücü avtomaşını əvvəlcə yol kənarında dayanan Vüqar Nağızadəyə məxsus "Opel" markalı nəqliyyat vasitəsinə, daha sonra isə yanacaqdoldurma məntəqələrindən birinin qiymət lövhəsinə çırpıb. Baş verən qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib. Hər iki avtomobil evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Baş vermiş qəza ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq