Mingəçevirdə toy zamanı bəyin qohumu gəlinin atasını bıçaqlayıb
Mingəçevir şəhərində toy mərasimində baş verən dava zamanı bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə “Kosmos” şadlıq sarayında qeydə alınıb. Mərasimdə spirtli içki qəbul edən qohumlar arasında baş verən dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini? 43 yaşlı Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb. Yaralı Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.
Hadisənin bəyin Murad adlı qohumu tərəfindən törədildiyi bildirilir. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq