Bank Of Baku

Azərbaycan prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

# 18:07
2 fevral 2015

Azərbaycan prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olunub, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd edilib.

 

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışılıb, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR